ADA-CVU ikili diplom proqramları çərçivəsində Rəhbər Komitə üzvlərinin növbəti görüşü Corc Vaşinqton Universitetində baş tutub.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri "GWU"da təhsil alan ADA tələbələri ilə də görüşərək onların təəssüratlarını, əldə etdikləri bilik və bacarıqları, həmçinin ABŞ-dəki akademik və sosial təcrübələrini dinləyiblər.
Səfər nümayəndə heyətinin "GWU"da keçirilən Məzun günündə iştirakı ilə yekunlaşıb.
Xatırladaq ki, ADA Universiteti 2020-ci ildən etibarən Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq çərçivəsində Kompüter Elmləri və Data Analitikası, eləcə də Elektrik və Elektroenergetika mühəndisliyi üzrə ikili diplom magistr proqramları təqdim edir. Qeyd edilən magistr proqramları “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir.