Məlumat üçün bildiririk ki, Proqram iştirakçısı Şəbnəm Tağıyeva Oksford Universitetinin Blavatnik Dövlət İdarəçiliyi Məktəbi tərəfindən seçilmiş 10 nəfər tələbədən ibarət heyətin tərkibində Londonda keçirilən “Dünya Təhsil Forumu 2025”də iştirak edib.
Proqram iştirakçısı forum çərçivəsində müxtəlif ölkələrin təhsil nazirləri, siyasətçiləri və ekspertlərinin qatıldığı bir sıra panel müzakirələrində iştirak edərək, beynəlxalq təhsil gündəminin əsas istiqamətlərini yaxından izləmək imkanı qazanıb.
Qeyd edək ki, Şəbnəm Tağıyeva "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının nüfuzlu "University of Oxford" ali təhsil müəssisəsində “Dövlət idarəetməsi” ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alır.