• 19.05.2025
  • 102
BMU-İNHA İDP tələbəsi 2025 Robotex Azərbaycan-Avrasiya Çempionatında II yerin qalibi olub

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (BMU-İNHA İDP) tələbəsinin təmsil olunduğu “Loyal” komandası Bakı Modern Təhsil Kompleksində keçirilən 2025 Robotex Azərbaycan-Avrasiya Çempionatında 2-ci yerin qalibi olub.
 

Elektronika mühəndisliyi ixtisasının 2-ci kurs tələbəsi Hakim Musazadənin yer aldığı komanda Sürətli Xətt İzləyən Robot hazırlayıb və layihənin məqsədi 2.10×2.80 metr ölçülərə sahib xəritə üzərində 90 dərəcəli, yarım dairə formalı, kəsişmə nöqtələrinə sahib qara zolağı ən tez müddətdə izləyərək bitiş nöqtəsinə çatmaqdır. Robot xəritənin başlanğıc nöqtəsindən keçdiyi anda həmin hissəyə yerləşdirilmiş sensor tetiklənir ve kronometr başlayır, final nöqtəsinə çatdıqda isə kronometr dayanır.
 

Komanda bu layihə ilə Danimarkada keçiriləcək beynəlxalq mərhələdə Azərbaycanı təmsil etmək hüququ əldə edib.  

 

Qalereya