• 15.05.2025
  • 210
Milli təamlarımız uzaq Avstraliyada - Dövlət Proqramı iştirakçılarının təqdimatında

Məlumat üçün bildirmək istərdik ki, Sidney Universitetində “Taste of harmony” adlı yemək sərgisi  təşkil edilib və sərgidə Azərbaycan uğurla təmsil olunub. 
 

Sərginin məqsədi isə müxtəlif ölkələrdən olan tələbələrin öz milli mətbəxlərini nümayiş etdirməsi və doğma ölkələrinin tanıdılması idi. Sərgidə Azərbaycanı Dövlət Proqramı iştirakçıları Aysu İlyasova, Zəka Abbasov və  Kənan Rəhimli təmsil ediblər.
 

Aysu İlyasova milli mətbəximizin məşhur şirniyyatı şəkər çörəyi hazırlayaraq tədbir iştirakçılarına təqdim edib. Bununla yanaşı, iştirakçılara təamlar haqqında daha geniş məlumat çatdırmaq məqsədilə kiçik məlumat kartları da hazırlanmışdı.
 

Qeyd edək ki, Aysu İlyasova “Dövlət idarəetməsi", Zəka Abbasov “İnformasiya texnologiyaları”, Kənan Rəhimli isə  “Statistika və verilənlərin təhlili” ixtisas istiqamətləri üzrə   "2022-2028 Dövlət Proqramı" çərçivəsində Avstraliya İttifaqının  "University of Sydney" ali təhsil müəssisəsində magistratura səviyyəsində  təhsil alırlar.

 
Qalereya