Eksklüziv olaraq, BMU-İNHA İDP çərçivəsində Cənubi Koreyanın İNHA Universitetində təhsil alan azərbaycanlı tələbələr üçün onlayn formatda DİM-in magistraturaya qəbul imtahanı həyata keçirilib.
Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində hazırda Koreya Respublikasında təhsil alan IV kurs tələbələri üçün növbəti dəfə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib. Bu, xaricdə təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya ikinci dəfə onlayn formada həyata keçirilən qəbul imtahanı kimi tarixə düşüb. İlk belə imtahan keçən tədris ilində BMU-İNHA İDP tələbələri üçün təşkil olunmuşdur.
BMU rektoru Yaqub Piriyevin təşəbbüsü ilə gerçəkləşdirilən imtahanlar Dövlət İmtahan Mərkəzi (DİM) və BMU-İNHA İDP-nin birgə təşkilatçılığı ilə baş tutub. İmtahanda 64 nəfər iştirak edib. Bakı vaxtı ilə saat 10:00-da başlayan imtahan 3 saat 30 dəqiqə davam edib. Tələbələr imtahanı İNHA Universitetinin təqdim etdiyi imtahan zalında və DİM tərəfindən hazırlanan proqram vasitəsilə onlayn verib. BMU rektoru Yaqub Piriyevin təşəbbüsü ilə gerçəkləşdirilən imtahan Dövlət İmtahan Mərkəzi (DİM), BMU-İNHA İDP-nin birgə təşkilatçılığı və İNHA Universitetinin dəstəyi ilə baş tutub və canlı müşahidə olunub.
Qeyd edək ki, 3+1 modelinə əsaslanan BMU-İNHA beynəlxalq ikili diplom proqramı çərçivəsində ümumilikdə hal-hazırda 319 tələbə təhsil alır. Onlar 3 il BMU-da, 1 ili isə İNHA Universitetində təhsil almaq hüququnə malikdir. Proqramdan məzun olan 61 nəfər arasında dünyanın nüfuzlu ATM-lərində magistr təhsili alanlar və ya ölkənin qabagcıl müəssisələrində əmək fəaliyyəti ilə məşğul olanlar var.