• 05.05.2025
  • 56
BMU-İNHA İDP məzunu tam təqaüdlə Koreya universitetinin magistratura proqramına qəbul olub

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra edilən beynəlxalq ikili diplom proqramının (BMU-İNHA İDP) “İnformasiya texnologiyaları” ixtisası üzrə məzunu Fərid İsayev İNHA Universitetinin magistr proqramına tam təqaüdlə qəbul olub.