Dövlət Proqramı iştirakçısı Orxan Abdulkərimli, təhsilini davam etdirdiyi Yale Hüquq Məktəbində (Yale Law School) beynəlxalq hüquq sahəsində əhəmiyyətli bir tədbirin həm təşkilatçısı, həm də panel iştirakçısı qismində çıxış edib.
Belə ki, tədbir çərçivəsində panel müzakirəsi BMT-nin “Kibercinayətkarlığa qarşı” Konvensiyasına həsr olunmuş və bu konvensiyanın hazırlanmasında birbaşa iştirak etmiş tanınmış beynəlxalq hüquq ekspertlərinin iştirakı ilə baş tutmuşdur.
Tədbirdə çıxış edənlər sırasında BMT, Avropa Şurası, ABŞ və Kanadanın yüksək səviyyəli nümayəndələri yer almışdır. Müzakirələrdə kibercinayətkarlığa qarşı beynəlxalq hüquqi əməkdaşlıq, elektron sübutların mühafizəsi, yurisdiksiya problemləri və inkişafda olan dövlətlərin bu konvensiyadan necə faydalana biləcəyi kimi vacib məsələlər müzakirə olunmuşdur.
Orxan Abdulkərimli tədbirdə Azərbaycanı Konvensiya üzrə danışıqlarda təmsil etmiş nümayəndə və əsas məruzəçi qismində təcrübəsindən, eləcə də kibercinayətkarlıqla mübarizədə hüquqi mexanizmlərin tətbiqindən bəhs etmişdir.
Xatırladaq ki, Dövlət Proqramı iştirakçısı Orxan Abdulkərimli "2022-2028 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının “Yale University” ali təhsil müəssisəsində “Hüquq” ixtisası üzrə magistratura səviyyəsində təhsil alır.
Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!