• 23.04.2025
  • 30
Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndələri ASAN Könüllüləri ilə görüş keçirib

Daha əvvəl məlumat verdiyimiz kimi Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən 2025/2026-cı tədris ili üzrə “2022-2028 Dövlət Proqramı” çərçivəsində xaricdə təhsilinin təşviq edilməsi, tələbələr arasında geniş maariflənmə işinin aparılması məqsədilə gənclərlə silsilə görüşlərə start verilib.

 

Belə görüşlərdən biri də 22.04.2025-ci il tarixində, ASAN Könüllüləri ilə keçirilib. Görüş çərçivəsində könüllülərə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları, proqrama qəbul şərtləri və mərhələləri barədə ətraflı məlumat verilib. 

 

Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndələri məlumat sessiyasından sonra, könüllüləri maraqlandıran çoxsaylı sualları cavablandırılıblar və onlara gələcək fəaliyyətlərində uğurlar arzu ediblər.

 

Qalereya