Dövlət Proqramı iştirakçısı Məğrur Məmmədli Londonda baş tutan ‘’Global Soft Power Summit 2025’’ tədbirində iştirak edib.
Tədbir çərçivəsində Proqram iştirakçısı UNESCO-nun keçmiş direktoru İrina Bokova və Amerikanın 68-ci dövlət katibi və iqlim məsələləri üzrə prezidentin köməkçisi Con Kerri ilə ölkəmizin ‘’COP29’’dakı fəaliyyəti və gələcək öhdəlikləri ilə bağlı qısa müzakirələr aparıb. İrina Bokova gələcək Bakı səfəri, Con Kerri isə Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti ilə baş tutacaq görüşü barədə məlumat verib..
Eyni zamanda Proqram iştirakçısı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun dəvəti ilə Türkiyə Prezident Administrasiyası tərəfindən Londonda təşkil olunan ‘’A Fairer World Is Possible’’ tədbirində, mövcud dünyada baş verən siyasi hadisələrlə bağlı panel müzakirələrdə iştirak edib.
Qeyd edək ki, Proqram iştirakçısı bu ilki semestri yüksək göstəricilərlə (A/A-) ilə UK ekivalenti olaraq First Class Honours/Upper Second Class Honours ilə başa vurub.
Xatırladaq ki, Məğrur Məmmədli "2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının "University of Sheffield" ali təhsil müəssisəsində “İnformasiya sistemləri" ixtisası üzrə magistraturasəviyyəsində təhsil alır.
Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!