Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi və bir sıra universitetlərinin nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.
Səfər çərçivəsində Qazaxıstan Respublikasının “Bolaşak” Beynəlxalq Təqaüd Proqramının nümayəndələri Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndələri ilə görüşüb.
5 mart tarixində baş tutan görüşdə tərəflər arasında təcrübə mübadiləsi üçün yeni imkanlar və qarşılıqlı maraq doğuran sahələr üzrə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılmışdır.
Qeyd edək ki, 1993-cü ildə təsis edilmiş “Bolaşak” Beynəlxalq Təqaüd Proqramı, minlərlə qazaxıstanlıya dünyanın ən nüfuzlu universitetlərində bilik əldə etmək şansı verən unikal təqaüd proqramdır.