• 17.01.2025
  • 87
Dövlət Proqramı məzunlarının məşğulluğunun artırılamsı istiqamətində görüş keçirilib

Yanvarın 17-də Dövlət Proqramı İdarəetmə Qrupunun əməkdaşları ilə dövlət və özəl sektoru təmsil edən işəgötürən qurumların nümayəndələri arasında görüş keçirilib.
 

Belə ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) çərçivəsində təhsillərini uğurla başa vuraraq Dövlət Proqramı məzunu adını qazanan gənclərin növbəti siyahısı müəyyən olunub. Siyahıya əsasən ötən il 123 nəfər Dövlət Proqramı məzunu adını qazanıb.
 

Bununla bağlı görüş çərçivəsində  tərəflər arasında Dövlət Proqramı məzunu adını qazanmış gənclər üçün iş imkanlarının genişləndirilməsinə və ixtisasyönümlü karyera perspektivlərinin dəstəklənməsinə dair müzakirələr aparılıb. 

 
Qalereya