19 dekabr 2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi, Dövlət Proqramı İdarəetmə Qrupunun təşkilatçılığı ilə “2022-2028 Dövlət Proqramı məzunları ilə şəbəkələşmə görüşü” adlı tədbir keçirilmişdir.
Tədbirin keçirilməsində məqsəd 2024-cü il üzrə yeni məzunlar və işəgötürən qurumları bir araya gətirərək şəbəkələşmələrinin həyata keçirilməsi olmuşdur.
Tədbirdə Elm və Təhsil Nazirliyinin rəsmiləri, Dövlət Neft Fondunun nümayəndələri, 30-a yaxın ölkənin nüfuzlu dövlət və özəl sektorlarını təmsil edən qurumların nümayəndələri və 150-dən çox Dövlət Proqramı məzunu iştirak etmişdir.
Tədbirin rəsmi açılışı Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalovanın tədbir iştirakçılarını salamlaması ilə başlamış, Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli və Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadovun çıxışları ilə davam etmişdir. Rəsmilər Dövlət Proqramı məzunlarını təbrik etmiş və gələcək karyera imkanlarında onlara uğurlar arzulamışdırlar.
Daha sonra tədbir məzunlar və işəgötürən qurumlar arasında ilkin əlaqə sıxlığının qurulması istiqamətində şəbəkələşmə oyunu ilə davam etmişdir.
Tədbir Dövlət Proqramı məzunları üçün təşkil edilmiş əyləncə proqramı ilə başa çatmışdır.