• 11.12.2024
  • 108
Dövlət Proqramı təqaüdçüsü COP29 konfransında iştirak edib

Dövlət Proqramı təqaüdçüsü, doktorant Güllər Qədiməliyeva Bakıda keçirilən COP29 konfransında iştirak edib.
 

Belə ki, konfrans çərçivəsində Güllər Qədiməliyeva ölkəmizə səfər edib və 11-21 noyabr tarixlərində BMT-nin dəvətlisi olaraq bu mötəbər tədbirdə iştirak edib. Güllər Qədiməliyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Resursların Səfərbərliyi və Tərəfdaşlıq Komandasında COP29-un hazırlıq mərhələsindən başlayaraq konfransda fəaliyyət göstərib.
 

Bundan əlavə, UN Climate Change pavilyonunda dəstək göstərmək məqsədilə ayrılmış yerli heyətin rəhbərliyi Güllər Qədiməliyevaya həvalə edilib. Konfransın keçirildiyi günlərdə bu mühüm vəzifəni yerinə yetirmək doktorantımız üçün böyük məsuliyyət olmaqla yanaşı, həm də çox dəyərli bir təcrübə olub.
 

Qeyd edək ki, Güllər Qədiməliyeva "2019-2023 Dövlət Proqramı" çərçivəsində Almaniya Federativ Respublikası “Rheinische Friedrich-Wilhelms-Universität Bonn” ali təhsil müəssisəsində Təbiət ixtisas istiqaməti üzrə doktorantura səviyyəsində təhsil alır.

 

Qalereya