Dövlət Proqramının məzunları, eləcə də Qlazqo Universiteti Azərbaycan Məzunlar Assosasiyası birliyinin üzvləri BMT-nin "Conference of Youth-COY19" tədbirində fəal iştirak ediblər.
Belə ki, Ətir Quliyeva, Firuzə Nəsibzadə, Kamran Abbasov və Maya Hümbətova Britaniya Konsulluğunun "İnklüziv Keçid üçün Gənclərin Bacarıqlarının Müəyyənləşdirilməsi" sessiyasında fasilitator kimi çıxış edərək, həmin müddət ərzində tədbir iştirakçıları ilə birlikdə iqlim dəyişikliyi ilə bağlı yaşıl bacarıqların formalaşdırılması, bərpa olunan enerji mənbələrinin istifadəsi, iqlim dəyişimi zamanı ən çox təsirlənən həssas qruplarla iş və s. kimi bir sıra mövzular ətrafında qrup işi hazırlayaraq, sözügedən mövzularla bağlı sualların cavablandırılmasında fəal iştirak ediblər.
Bundan başqa, sessiya zaman Böyük Britaniya Səfirliyi "Climate Connection Hive" təşəbbüsü çərçivəsində gənclərin daha yaşıl və inklüziv iqtisadi keçid üçün ehtiyac duyduğu bacarıqları müəyyən etmək və qlobal əməkdaşlıq qurmaq məqsədilə yeni kampaniyanın təqdimatını həyata keçirmişdir.Tədbirdə müxtəlif ölkələrdən təmsil olunan digər gənclər də sessiya zamanı sualların cavablandırılmasına öz töhfələrini veriblər.
Tədbir zamanı Firuzə Nəsibzadə Qlobal Gənclər İqlim Dəyişikliyi Proqramı haqqında təqdimatla çıxış etmişdir.