• 27.11.2024
  • 119
Dövlət Porqramı İdarəetmə Qrupu və Qazaxıstanın “Bolaşak” Beynəlxalq Təqaüd Proqramı arasında görüş baş tutub
Noyabrın 25-də Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndə heyəti ilə Qazaxıstan Respublikasının “Bolaşak” Beynəlxalq Təqaüd Proqramının icraçı nümayəndələri arasında görüş keçirilib.
 
Görüşdə tərəflər arasında təcrübə mübadiləsi üçün yeni imkanlar və qarşılıqlı maraq doğuran sahələr üzrə gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılmışdır.
 
Qeyd edək ki, 1993-cü ildə təsis edilmiş “Bolaşak” Beynəlxalq Təqaüd Proqramı, minlərlə qazaxıstanlıya dünyanın ən nüfuzlu universitetlərində bilik əldə etmək şansı verən unikal təqaüd proqramdır.
Qalereya