• 04.11.2024
  • 156
Dövlət Proqramı iştirakçısı Beynəlxalq Valyuta Fondunun təlimində iştirak edib

"2022-2028 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "University of Oxford" ali təhsil müəssisəsində Dövlət idarəetməsi ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsil alan Ləman Əhmədova Beynəlxalq Valyuta Fondunun təlimində iştirak edib.

 

Belə ki, 28 oktyabr - 1 noyabr tarixlərində Almatı şəhərində Beynəlxalq Valyuta Fondunun Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzi (CCAMTAC)  tərəfindən "Korrupsiya ilə mübarizədə İnstitutların Qurulması" adlı təlim keçirilib.

 
Qalereya