• 01.11.2024
  • 163
Dövlət proqramı iştirakçısı “8-ci Beynəlxalq Nevrologiya və Beyin Pozuntuları Konfransı”nda tədqiqatını təqdim edib

Dövlət proqramı iştirakçısı Aygün Bədəlova “8-ci Beynəlxalq Nevrologiya və Beyin Pozuntuları Konfransı”nda tədqiqatını təqdim edib
 

"2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University College London” ali təhsil müəssisəsində Neyroşünaslıq, fiziologiya və farmakologiya ixtisası üzrə doktorantura səviyyəsində təhsil alan Aygün Bədəlova Tokio şəhərində keçirilən “8-ci Beynəlxalq Nevrologiya və Beyin Pozuntuları Konfransı”nda tədqiqatını təqdim edib.
 

Belə ki, doktorant Aygün Bədəlova 48 Altsheymer xəstəsi üzərində tətbiq etdiyi “Demensiya Neyrorehabilitasiya” tədqiqatını Yaponiyanın Tokio şəhərində keçirilən beynəlxalq konfransda təqdim edib.

Qeyd edək ki, Dövlət proqramı iştirakçısı Aygün Bədəlova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University College London” ali təhsil müəssisəsinin “Queen Square Institute of Neurology” institutunun Beyin Bərpa və Reabilitasiya şöbəsində doktorantura təhsilini davam etdirir.

 
Qalereya