• 28.10.2024
  • 107
Dövlət Proqramı iştirakçısı "Pekin+30" Regional Baxış Görüşündə iştirak edib

"2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Essex” ali təhsil müəssisəsində doktorantura səviyyəsində təhsil alan Fərid Ədilov apardığı elmi araşdırma ilə bağlı 16-23 oktyabr 2024-cü il tarixlərində Cenevrə şəhərində olub, BMT-nin CEDAW Komitəsinin (Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsi) üzvləri ilə müsahibələr aparıb.

Bundan başqa, 21-22 oktyabr 2024-cü il tarixlərində BMT-nin Avropa üzrə İqtisadi Komissiyası (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə keçirilən "Pekin+30" Regional Baxış görüşündə Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində iştirak edib.

 
Qalereya