• 17.10.2024
  • 34
Bakı Dövlət Universiteti və Yerusəlim İbrani Universitetinin ikili diplom proqramının Rəhbər Komitəsinin növbəti görüşü keçirilib

2024-cü il 15 oktyabr tarixində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Dövlət Universiteti (BDU) və İsrailin Yerusəlim İbrani Universitetinin (HUJI) arasında “Biotexnologiya” ixtisaslaşması üzrə həyata keçirilən beynəlxalq ikili diplom proqramının idarəedilməsini təmin edən Rəhbər Komitənin növbəti görüşü keçirilmişdir.
 

Görüşdə Rəhbər Komitənin üzvləri BDU-nun rektoru Elçin Babayev, BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktoru Əli Nağıyev, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov, Yüksək Texnologiyalar Parkınin Baş Direktorunun müşaviri Abutab Abbasova, Yerusəlim İbrani Universitetinin Kənd təsərrüfatı, qida və ekologiya fakültəsinin dekanı Saul Burdman, Yerusəlim İbrani Universitetinin Kənd təsərrüfatı, qida və ekologiya fakültəsinin dekan müavini Yel Helman, Yerusəlim İbrani Universitetinin Kənd təsərrüfatı, qida və ekologiya fakültəsinin dekan müavini Zvi Hayuka, Yerusəlim İbrani Universitetinin Biotexnologiya Magistratura proqramının rəhbəri Oren Osterzetçer, dəvət olunan qonaq qismində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, ikili diplom proqramın direktoru, BDU rektorunun rəqəmsallaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova və ikili diplom proqramın katibi, BDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov iştirak etmişdir.
 

Görüş onlayn formatda təşkil olunmuş və İsraildə təhsilini başa vurmuş birinci qrup tələbələrin (Cohort 1) göstəriciləri, proqramın davamlılığı, 2025-ci il üçün proqram büdcəsi, birgə elmi-tədqiqat işləri və vörkşopların keçirilməsi kimi məsələlər müzakirə olunmuşdur.  

 
Qalereya