Kənd Təsərrüfatı Nazirliyində (KTN) "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib.
Görüşdə ADAU-nun rektoru Zəfər Qurbanov, Ege Universitetinin rektoru Necdet Budak, Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov, müdir müavini Emin Əliyev, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, “2019-2023 Dövlət Proqramı”nın İdarəetmə qrupunun rəhbəri Turan Topalova, Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin baş məsləhətçisi Vüsalə Qurbanova, ikili diplom proqramının direktoru Lamiyə Quliyeva və proqram katibi Elcan Məmmədov iştirak ediblər.
İclasda çıxış edən Aqrar Universitetin rektoru Zəfər Qurbanov proqramın fəaliyyətini uğurla davam etdirdiyini və gələcəkdə daha da təkmilləşdirilərək fəaliyyət istiqamətlərinin genişləndiriləcəyini diqqətə çatdırıb.
Sonra cari məsələlər müzakirə olunub.