• 16.10.2024
  • 63
ADPU-CVU ikili diplom proqramının Rəhbər Komitəsinin onlayn iclası keçirilib

7 oktyabr 2024- cü il tarixində ADPU-CVU ikili diplom proqramının Rəhbər Komitəsinin onlayn iclası keçirilmişdir. 

Görüşdə Prof. Cəfər Cəfərov - Rəhbər Komitənin həmsədri, ADPU-nun Rektoru; Dr. Maykl Feuer- Rəhbər Komitənin həmsədri, CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin Dekanı, Elnur Əliyev- Rəhbər Komitənin üzvü, ARTİ direktor səlahiyyətlərini icra edən; Nicat Məmmədli - Rəhbər Komitənin üzvü, Elm və Təhsil Nazirinin müşaviri; Turan Topalova - Dövlət Proqramı İdarəetmə qrupunun rəhbəri; Eldar Aslanov - Rəhbər Komitənin üzvü, ADPU, tədris işləri üzrə prorektor; Tofiq Əhmədov-ADPU, ikili diplom proqramının baş direktoru; Sevinc Məmmədova - Rəhbər Komitənin üzvü, CVU, ikili diplom proqramının direktoru; Kolin Grin - Rəhbər Komitənin üzvü, CVU, professor; Ümid Mehdiyev- ADPU, rektorun müşaviri və Nərgiz Mehdiyeva- ADPU, ikili diplom proqramının katibi, iştirak etmişdirlər. 

İclas professor Cəfər Cəfərovun giriş məruzəsi ilə başlandı, rektor məruzəsində ikili diplom proqramının uğurları və məzunların yeni təyinatları haqqında məlumatı diqqətə çatdırdı, proqramda əməkləri olan bütün tərəflərə, Elm və Təhsil Nazirliyi və DPİQ-ə öz təşəkkürünü bildirdi və bu əməkdaşlığın davam edəcəyini ümid etdiyini vurğuladı. Dr. Maykl Feuer, həmçinin hər iki əməkdaş universitetə öz dərin təşəkkürünü bildirdi. Daha sonra proqramın idarə olunması ilə bağlı cari və strateji məsələlər müzakirə edilmiş, zəruri qərarlar qəbul edilmişdir.

 
Qalereya