• 15.10.2024
  • 14
Dövlət Proqramı iştirakçısı simpoziumda çıxış edib

"2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Sheffield” ali təhsil müəssisəsində İnklüziv təhsil ixtisası üzrə doktorantura səviyyəsində təhsil alan Turanə Abdullayeva  “Critical Exploration of Ethical Issues in Research With ‘Vulnerable’ Populations” adlı simpozumda çıxış edib.

Qeyd edək ki, Proqram iştirakçımızın da müəlliflərindən biri olduğu simpozium, Şeffild Universitetinin “University Research Ethics Committee” fondunun dəstəyi ilə həyata keçirilmişdir.

Doktorant tədqiqatçının sözlərinə görə hal-hazırda xaricdə təhsil alan yüzlərlə azərbaycanlı tələbə üçün bu sahədə daha dərindən tədqiqat aparmaq maraqlı ola bilər.

Qalereya