• 01.10.2024
  • 196
BMU-İNHA İDP tələbələri “Koreya kalliqrafiyası” tədbirində fərqləniblər

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) 30 nəfərdən ibarət II və  III kurs tələbələri (Zəhra Guluzadə, Zafta Yusifli, Şamil Məmmədov, Nəzrin Nurulayeva, Nihad İlyasov, Ülvü Mahmudov, Fidan Seyidova, Lalə Məmmədova, Fatimə Hüseynova, Emiliya Xəlilova, Yusif Novruzlu, Kənan Qabilov, Fatimə Ağayeva, Nəsib Əhmədov, Emiliya Eminova, Özləm Abbaslı, Nicat Babazadə, Zərifə Daşdəmirli, Fatimə Qurbanzadə, Həsən Əliyev, Nərgiz Qasımova, Əli Səfərli, Vətəngül Avdiyeva, Aysu Rəşidova, Selcan Nuhuyeva, Elnarə Şəfiyeva, Samirə Azadəlizadə, Fatimə Səlimzadə, Fəridə Qasımova) Xırdalan Seconq İnstitutunda “Koreya kalliqrafiyası” adlı tədbirdə iştirak ediblər.
 

Seconq Mədəniyyət Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirin  ümumilikdə 60 nəfər iştirakçısı fırça ilə Hvasonçi (Koreya kağızı) üzərində xəttatlıq işini, daha sonra çərçivə, yelpək kimi əşyalar üzərində Koreya əlifbası Hanqılın gözəlliyini təcrübədən keçiriblər. Müxtəlif kəlmələrin Koreya əlifbası ilə yazılışı iştirakçılarda böyük zövq yaradıb.
 

İDP-nin “Elektrik mühəndisliyi” ixtisasının III kurs tələbəsi Nəsib Əhmədovun hazırladığı "Qarabağ  Azərbaycandır!" yazısı tədbirdə xüsusilə fərqlənib.
 

Hanqıl koreyalıların istifadə etdiyi bir əlifbadır. Bu əlifba XV əsrdə Coson dövlətinin dörd kralından biri olan Kral Seconq və  onun tədris qurumu tərəfindən yaradılıb.
 

Qeyd edək ki, Xırdalan Seconq İnstitutu BMU və İNHA Universitetinin birgə əməkdaşlığı ilə 2021-ci ildən rəsmi olaraq fəaliyyət göstərir.

 

Qalereya