• 13.09.2024
  • 146
İkili diplom proqramının tələbələri üçün Türk dili imtahanları keçirilir

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Ege Universiteti arasında birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr üçün Türk dili C1 səviyyəsi üzrə imtahanlar keçirilir.

Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutundan gəlmiş mütəxəssislər tərəfindən təşkil olunan imtahanlar "aqronomluq", "bitki mühafizəsi", "aqromühəndislik" və "iqtisadiyyat" ixtisasları üzrə 2024/2025-ci tədris ilində ikinci kursa davam edəcək tələbələr üçün baş tutur.

İmtahanın məqsədi tələbələrin Türk dili biliklərinin C1 səviyyəsində olduğunu təsdiqləmək və onlara gələcəkdə daha yaxşı akademik nailiyyətlər əldə etmək üçün dil bacarıqlarını inkişaf etdirmək imkanı verməkdir.

 

 

Qalereya