• 11.09.2024
  • 135
Dövlət Proqramı iştirakçısı Beynəlxalq Zəlzələ Konfransında çıxış edib

"2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Bristol” ali təhsil müəssisəsində İnşaat mühəndisliyi ixtisası üzrə doktorantura səviyyəsində təhsil alan Şahin Hüseynli Beynəlxalq Zəlzələ Konfransında (World Conference on Earthquake Engineering) iştirak edib.

Qeyd edək ki, Dövlət Proqramı iştirakçısı İtaliyanın Milan şəhərində keçirilən konfransda “Keyfiyyətsiz Dəmirbeton Binaların Qrunt-Konstruksiya Qarşılıqlı Təsirini Nəzərə Almaqla Seysmik Kövrəklik Təhlili” ("Seismic Fragility of Substandard RC Frames with Soil-Structure Interaction Effects") mövzusunda çıxış edib.

Qalereya