• 04.09.2024
  • 762
Beynəlxalq layihə və müsabiqələrdə uğura imza atmış Dövlət Proqramı iştirakçısı Afaq Nuriyeva

"2022-2028 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatlarının "Columbia University" ali təhsil müəssisəsində "Hüquq" ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alacaq Dövlət Proqramı təqaüdçüsü Afaq Nuriyeva çoxsaylı beynəlxalq layihə və müsabiqələrdə qalib seçilib.
 

Afaq Nuriyevanın uğur və nailiyyətləri barədə:
 

Proqram iştirakçımız “Oxford University Legal Reasoning” yarışmasının qalibidir. Həmçinin o,“United Nations Global Goals” həftəsinin təşkilatçılarından, aparıcı spikerlərindən biri və  BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə cavabdeh gənclərin nümayəndəsidir (Youth council).

 

Afaq Nuriyeva “BMT Modeli işçi heyətin ən yaxşı Spikeri” mükafatına 7 dəfə layiq görülüb. “ESU UK-wide Public Speaking and Debate” yarşımasının finalçısı olub və beynəlxalq “Dentons” Hüquq şirkətində təcrübə keçib.

 

Bunlardan əlavə, Afaq Nuriyeva Böyük Britaniyada 6 debat yarışmasının qalibidir, həmçinin Tələbə Şurasının üzvü (Student Council), Akademik Prefekt (Academic Prefect)  və Tələbə Təmsilçisidir (Student Ambassador). Eyni zamanda 8 fərqli dil (İngilis, Rus, Türk, Fransız, İspan, Koreya, İtalyan və Alman) üzrə biliklərə sahibdir.

 

Qalereya