• 22.07.2024
  • 313
Oksford universitetində təhsil alan Dövlət Proqramı iştirakçısı “Qlobal Tələbə Mükafatı”nın TOP50 finalçısı siyahısında yer alıb

"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "University of Oxford" ali təhsil müəssisəsində “Siyasət elmləri” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Nuranə Məmmədova “Qlobal Tələbə Mükafatı”nın (Global Student Prize) TOP50 finalçısı siyahısında yer alıb.
 

Belə ki, Dövlət Proqramı Təqaüdçüsü Nuranə Məmmədova Chegg.org və Varkey Fondu (Varkey Foundation) tərəfindən təşkil edilən “Qlobal Tələbə Mükafatı”nın (Global Student Prize) TOP50 finalçı siyahısına daxil edilib.
 

Sözügedən müsabiqənin finalçıları 176 ölkədən olmaqla, 11000-dən çox iştirakçı ərizəsi arasından seçiliblər. Yekun siyahıda cəmi 30 ölkənin təmsilçiləri yer alıb. Azərbaycan Respublikası bu siyahıda Nuranə Məmmədovanın təmsilçiliyi ilə vurğulanıb.

 

Qeyd edək ki, finalçılar akademik nailiyyətləri, həmyaşıdlarına təsirləri, icmalarında və onun hüdudlarından kənarda yaratdıqları təsir seçim meyarları, o cümlədən yaradıcı və innovativ yanaşmaları, qlobal vətəndaş kimi necə fəaliyyət göstərmələrinə görə qiymətləndiriliblər.
 

Xatırladaq ki, “Qlobal Tələbə Mükafatı”nın əvvəlki qaliblərinə mükafatı ABŞ-nin keçmiş prezidenti Bill Klinton, Papa Fransisk və  digər nüfuzlu şəxslər təqdim ediblər. 

 

Dövlət Proqramı iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!

 
Qalereya