• 11.07.2024
  • 127
Dövlət Proqramı məzunu “Project Management Student of the Year 2023-2024” adına layiq görülüb

"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "University of Leeds" ali təhsil müəssisəsində "Mühəndislik layihələrinin idarəedilməsi" ixtisası üzrə magistratura səviyyəsində təhsil almış Eldar Həsənli “Project Management Student of the Year 2023-2024” adını qazanıb.

 

Belə ki, Eldar Lids universitetində magistr səviyyəsində təhsil aldığı müddətdə İngiltərənin ən böyük assosiasiyalarından biri olan Layihə İdarəedilməsi Assosiayasının (Association for Project Management) təşkil etdiyi yarışa qatılıb.
 

Yarışın ilkin mərhələsində Böyük Britaniyanın bütün regionları üzrə ən yaxşı Layihə İdarəetmə tələbələri seçildi. Seçim iştirakçıların təqdim etdiyi layihələr əsasında İngiltərənin bir çox tanınmış şirkətlərində çalışan Layihə Rəhbərləri (münsiflər) tərəfindən nəzərdən keçirildi. 

Yekun mərhələdə Eldar Həsənli Yorkşir və Şimali Linkolnşir regionu üzrə ən yaxşı Layihə İdarəetmə Tələbəsi seçildi (Project Management Student of the Year 2023-2024 for Yorkshire and North Lincolnshire by APM). 

 

Dövlət Proqramı məzunumuzu təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!

Qalereya