• 24.06.2024
  • 212
ADPU-CVU ikili diplom proqramının növbəti Rəhbər Komitə iclası keçirilib

İyunun 23-də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-nin tanınmış universitetlərindən Corc Vaşinqton Universiteti arasında həyata keçirilən “Təhsil siyasəti və idarəetməsi” üzrə magistr ikili diploim proqramının Rəhbər Komitəsinin iclası keçirilib.
 

İclasda Azərbaycan Respublikasının elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer, məktəbin professoru Kolin Qrin və dosenti Maria Cseh, CVU-nun proqram direktoru Sevinc Məmmədova, ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, rektor müşaviri Ümid Mehdiyev, ADPU-nun İkili diplom proqramının direktoru Tofiq Əhmədov və proqramın katibi Nərgiz Mehdiyeva iştirak edib.


İclasda tərəflər ikili diplom proqramının nəticələrindən razılıqlarını ifadə edərək, qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə ediblər.


Yekunda Pedaqoji Universitetin rektoru prof. Cəfər Cəfərov və CVU-nun dekanı Maykl Foyer ADPU və Corc Vaşinqton Universiteti arasında qarşılıqlı əməkdaşlığın davam etdirilməsi haqqında Niyyət Bəyannaməsi imzalayıblar.

 
Qalereya