• 14.06.2024
  • 1738
"2022–2026-cı illər üçün Dövlət Proqramı”na sənəd qəbulunun müddəti uzadılıb

Dövlət Proqramı çərçivəsində sənəd qəbulu müddəti 5 gün uzadılır

Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2022-ci il tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”na (bundan sonra – Dövlət Proqramı) 2024/2025-ci tədris ili üçün həyata keçirilən sənəd qəbulu müddətləri 01 mart -15 iyun 2024-cü il tarixləri müəyyən olunmuşdur. 

Çoxsaylı müraciətləri nəzərə alaraq, portal.edu.az üzərindən ərizəsini təsdiq edə bilməyən namizədlər üçün Dövlət Proqramı çərçivəsində sənəd qəbulu 5 gün müddətinə - 15-20 iyun 2024-cü il tarixləri aralığında uzadılır.

Qeyd edək ki, sözügedən qəbul zamanı namizədlər tərəfindən Dövlət Proqramına təqdim edilən qəbul sənədlərində ÜOMG (magistratura səviyyəsi üzrə) və ya BTP (beynəlxalq təhsil proqramı – A-level, İB, AP) nəticələri şərt olaraq qoyulduğu təqdirdə, onların sənədləri Dövlət Proqramı çərçivəsində baxılacaqdır.