• 10.06.2024
  • 198
BMU-İNHA İDP tələbələri “Zərif mühəndislər” təqaüd proqramının qalibi olublar

Onlar BMU-İNHA İkili Diplom Proqramı çərçivəsində təhsil alan “Elektrik mühəndisliyi” ixtisasının 2-i kurs tələbəsi Vətəngül Avdiyeva və “İnformasiya texnologiyaları” ixtisasının 3-cü kurs tələbəsi Aysun Hüseynovadır.

Gənc mühəndis xanımların inkişafı layihəsi Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Layihənin əsas məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir.