• 10.06.2024
  • 282
Dövlət Proqramı iştirakçısı “Queen Mary University of London”də ayın tələbəsi seçildi

"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı "Queen Mary University of London" ali təhsil müəssisəsində "İqtisadiyyat, maliyyə və idarəetmə" ixtisası üzrə bakalavr səviyyəsində təhsil alan Müjgan Bayramova ayın tələbəsi seçilib.

 

Belə ki, Proqram iştirakçımız tədris ilinin ikinci semestrndə Managerial Accounting  (BUS022)  (İdarəetmə uçotu) modulu üzrə “Student of the Month” adına layiq görülüb və sertifikatla təltif edilib.


Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!

 
Qalereya