• 09.06.2024
  • 345
Qlazqo universitetində “Azərbaycan Çay süfrəsi” tədbiri keçirilib

Qlazqo universitetində UNESCO-nun ənənəvi “RILA Spring School” layihəsi çərçivəsində UNESCO-nun təşkilatçılığı, Azərbaycan Diasporasının və Qlazqo Azərbaycan Cəmiyyətinin dəstəyi ilə  “Azərbaycan Çay süfrəsi” tədbiri keçirilmişdir.
 

Tədbir çərçivəsində cəmiyyətin üzvü, Dövlət Proqramı çərçivəsində Qlazqo universitetində təhsil alan doktorant Samirə Həsənzadə və digər magistr tələbələr: Nərmin Əliyeva, Şəbnəm Məmmədova və Şamxal Qənizadə iştirakı ilə gələn xarici qonaqlara Azərbaycan çay süfrəsinin incəlikləri izah olunmuş, milli geyimlərimiz nümayiş etdirilmişdir. 
 

Bundan başqa, tədbir zamanı gələn qonaqlara Azərbaycanda çayın müxtəlif bitkilər ilə hazırlanma qaydası, süfrəmizin bəzəyi hesab olunan şəkərbura və paxlavanın tarixi, formasına görə anlamları və digər simvolik şirniyyatlar ətraflı şəkildə izah olunmuşdur. Çay süfrəsinin nümayişi ilə bərabər Azərbaycanla bağlı kitablar sərgilənərək ölkəmizin hərtərəfli tanıdılması istiqamətində addımlar atılmışdır.