• 07.06.2024
  • 408
"2019-2023 Dövlət Proqramı" doktorantı simpoziumda qalib seçildi

"2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University College London” ali təhsil müəssisəsində Beyin bərpa və reabilitasiya (Alzheymer xəstəliyi) üzrə doktorantura səviyyəsində təhsil alan Aygün Bədəlova PhD Power Pitch simpoziumunda qalib seçilib.
 

Belə ki, iyun ayının 4-də Londonda, İngiltərə Nevrologiya İnstitutunun Beyin Bərpası və Reabilitasiya Departamentinin təşkil etdiyi PhD Power Pitch simpoziumunda çıxış edən doktorantımızın  təqdimatı ən yaxşı təqdimat nominasiyası üzrə qalib seçildi.
 

Qeyd edək ki, simpoziumun iştirak şərtlərinə əsasən, hər bir  iştirakçı cəmi 5 dəqiqə ərzində tədqiqatını aydın və səlis şəkildə münsiflərə təqdim etməli idi.

 

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik!

 
Qalereya