• 30.05.2024
  • 613
LSE-də “Azərbaycan COP29: Yaşıl Gələcək üzrə Strategiyalar” adlı tədbir təşkil edilib

28 may 2024-cü il tarixində “London School of Economics and Political Science”  ali təhsil müəssisəsində LSESU Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı səfirliyi, Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Tələbə və Məzunlar Platformasının dəstəyi ilə “Azərbaycan COP29: Yaşıl Gələcək üzrə Strategiyalar” adlı tədbir keçirilb.
 

Tədbir çərçivəsində 28 May Müstəqillik Günü xüsusi olaraq qeyd edildi. Tədbirin açılışı LSESU Azərbaycan Cəmiyyətinin idarə heyətinin üzvü, Dövlət Proqramı iştirakçısı Zeytunə Sultanzadə, həmçinin digər üzvlər Aysu Əliyeva, Tural Qurbanlı və Bəxtiyar Salmanovun salamlama nitqləri ilə baş tutdu.

Daha sonra, COP29 Gənc İqlim Çempionu və Qoşulmama Hərakatının Gənclər Təşkilatının sədri Leyla Həsənova və ASAP icraçı direktoru Sevda Mansurova tərəfindən tədbir iştirakçılarına ünvanlanmış videomesajlar səsləndirildi. Panel müzakirəsi zamanı Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri cənab Elin Süleymanov Azərbaycanın COP29 prezidentliyi çərçivəsində qlobal yaşıl iqtisadiyyata keçidin əhəmiyyətini vurğulayaraq, LSE Dövlət İdarəetməsi Fakültəsinin proqram direktoru Dr. Lloyd Gruber və Koventri Universitetinin professoru Dr. Çağatay Pişkin ilə fikir mübadiləsi apardı. 

 

Daha sonra xarici və yerli qonaqların iştirakı ilə interaktiv sessiya baş tutdu və tədbir çay fasiləsi ilə yekunlaşdı.

 
Qalereya