• 25.05.2024
  • 574
Dövlət Proqramı iştirakçısı Qlazqo universitetində Azərbaycan dili dərsi keçib

14-23 may, 2024-cü il tarixində Qlazqo universitetində UNESCO-nun ənənəvi “Yay məktəbi” layihəsi keçirildi. Bu münasibətlə 17 may UNESCO-nun təşkilatçılığı, Azərbaycan Diasporasının və Qlazqo Azərbaycan Cəmiyyətinin dəstəyi ilə cəmiyyətin üzvü, Dövlət Proqramı çərçivəsində Qlazqo universitetində təhsil alan doktorant Samirə Həsənzadə tərəfindən iştirakçılar üçün Azərbaycan dili dərsi keçirilmişdir. Tədbirin əsas məqsədi ana dilimizin, zəngin mədəniyyət və tariximizin xarici tələbələr və elm nümayəndələrinə daha geniş tanıdılması idi.

 

Tədbir çərçivəsində iştirakçılara dilimizin və mədəniyyətimizin rəngarəngliyini əks etdirən videolarçarxlar nümayiş etdirilmiş, vətənimizin tarixi abidələri və Şanlı Zəfərimiz haqqında müxtəlif kitablar sərgilənmişdir. 

 

Bundan əlavə, “Qlazqo” Azərbaycan Cəmiyyətinin üzvlərinin də cəlb edildiyi bu tədbirdə Azərbaycan mədəniyyəti ilə bağlı stend qurulmuş və Azərbaycan adət-ənənələrinin nümayişi həyata keçirilmişdir. Dünyanın müxtəlif ölkələrindən olan elm nümayəndələri, sahə mütəxəssisləri, incəsənət nümayəndələrinin iştirak etdiyi tədbir milli musiqimizin sədaları altında çay süfrəsi ilə yekunlaşmışdır.