“2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti arasında birgə həyata keçirilən ikili diplom proqramının Cohort 3-ün bəzi tələbələrinin bir qrupu ABŞ-nin paytaxtı Vaşinqton şəhərinə səfər ediblər.
Səfərin əsas məqsədi tərəfdaş universitet tərəfindən 18 may tarixində keçirilən məzun tədbirində iştirak etmək idi. Tələbələr Corc Vaşinqton universitetinin professorları ilə görüşmüş və rəsmi tədbirdə Corc Vaşinqton universitetinin simvolik məzun diplomlarını əldə ediblər.