• 21.05.2024
  • 645
Akademik uğurlar

"2022-2026 Dövlət Proqramı" çərçivəsində Amerika Birləşmiş Ştatları "University of Michigan" ali təhsil müəssisəsində "Dövlət siyasəti" ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Raul Məmmədov 2024-cü ilin qış semestrini yüksək göstəricilərlə ("A”) başa vurmuşdur. 

 

Bundan başqa, Raul Məmmədov akademik nailiyyətlərinin inkişafına dəstək olan yay təcrübə (summer internship) proqramına da seçilib. Proqram iştirakçımız yay aylarında paytaxt Vaşinqtonda yerləşən və yüzdən çox ölkədə regional ofisləri olan, CARE beynəlxalq qeyri-hökümət təşkilatının Hökümət Münasibətləri şöbəsində təcrübəçi qismində çalışacaq. 

 

Proqram iştirakçımızı təbrik edir, uğurlarının daimi olmasını arzu edirik.