Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr üçün növbəti karyera görüşü təşkil olunub.
Görüşdə “Agro Best” QSC-nin Tərəvəz və meyvə məhsulları üzrə meneceri Mehmet Ece və Texniki menecer Burak Erduran iştirak ediblər.
Qonaqlar görüşdə kənd təsərrüfatının müxtəlif sahələri üzrə ixtisaslaşmanın vacibliyi, müasir əmək bazarı və digər istiqamətlər üzrə söhbət aparıblar.
Sonda tələbələrin sualları cavablandırılıb.