"2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Essex” ali təhsil müəssisəsində humanitar və sosial ixtisas istiqaməti üzrə doktorantura səviyyəsində təhsil alan Fərid Ədilov tezis müsabiqəsinin qalibi seçilib.
Doktorantımız bir müddət öncə təhsil aldığı ali təhsil müəssisəsində "3 dəqiqəlik tezis yarışması"na (Three Minutes Thesis Competition- 3MT) müraciət edərək finalçı seçilib..
1 may 2024-cü il tarixində, seçilmiş 9 doktorant (universitetin müxtəlif departamentlərini təmsil edən) arasında final yarışması baş tutub. İştirakçılar jüri və auditoriya qarşısında 3 dəqiqəlik tezislə çıxış ediblər. Fərid Ədilov auditoriyadan gələn səs çoxluğunun nəticəsinə əsasən “People's Choice” kateqoriyası üzrə qalib seçilib.
Qeyd edək ki, Birləşmiş Krallıqda daha çox populyar olan “3MT” yarışmasının ideyası Avstraliyanın Queensland Universiteti tərəfindən irəli sürülüb və hazırda dünyada 85-dən çox ölkə və 900-dən yuxarı universitet tərəfindən keçirilir.