• 13.05.2024
  • 248
"2019-2023 Dövlət Proqramı" doktorantının uğuru

Kanadanın Alberta Universitetində Kompüter Elmləri üzrə doktorantura (PhD) təhsili alan Şahin Atakişiyev doktoranturadakı tədqiqat layihəsi “Sürücüsüz Avtomobillər (Avtonom Maşınlar) üçün Təhlükəsiz və İzah Edilə Bilən Süni İntellekt Arxitekturasının Hazırlanması" ilə bağlı nailiyyətlərinə görə Kanadada “Akademik Mükəmməllik” mükafatına layiq görülüb. 
 

Doktorantımız “Sürücüsüz avtomobillərin təhlükəsizliyi və qərarlarında şəffaflığı” mövzusunda irəliləyişlərinə görə həmçinin bu ilin yanvar ayında Amerika Birləşmiş Ştatlarının dünyaca məşhur Massaçusets Texnologiya İnstitutuna (MIT) seminar vermək üçün dəvət edilib və o burada seminar verməklə yanaşı bir həftə müddətində bir sıra tanınmış tədqiqatçı alimlər və professorlarla görüşlər keçirib. 
 

Bundan əlavə, Şahin keçən ilin sentyabr ayında İspaniyada sahəsi üzrə ən nüfuzlu konfranslardan biri olan “IEEE International Conference on Intelligent Transportation Systems” konfransında da tədqiqatı üzrə ilkin nəticələri əks etdirən məqaləsi ilə çıxış edib. O ümumilikdə bu tədqiqat sahəsi ilə bağlı doktorantura təhsili boyunca 5 elmi məqalə ərsəyə gətirib.

 

Qalereya