• 17.04.2024
  • 180
Böyük Britaniyanın “Warwick” universitetində təhsil alan Dövlət Proqramı iştirakçıları ilə görüş keçirilib.

Böyük Britaniyanın “Warwick” universitetində təhsil alan Dövlət Proqramı iştirakçıları ilə görüş keçirilib.
 

16 aprel tarixində Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müşavirinin, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbərinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nümayəndə heyətinin Böyük Britaniyanın “Warwick” universitetinə səfəri çərçivəsində “Warwick” Universitetində təhsil alan Dövlət Proqramı iştirakçıları ilə görüş keçirilib.
 

Görüş zamanı tələbələrin “Warwick” universitetində təhsilləri ilə bağlı məsələlər daha yaxından öyrənilib, sual və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
 

Qeyd edək ki, “2022-2026 Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın “Warwick” Universitetində ikisi bakalavriat, 12-si  magistratura pilləsi üzrə olmaqla, ümumilikdə 14 tələbə müvafiq olaraq Nəqliyyat və logistika, İnformasiya texnologiyaları və Fundamental və tətbiqi elmlər prioritet sahələr üzrə təhsilini davam etdirir.


 

Qalereya