• 09.04.2024
  • 815
Reytinq cədvəllərinə dair açıqlama

Məlum olduğu kimi, 2024/2025-ci tədris ili üçün “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili üzrə sənəd qəbulu 13 noyabr 2023-cü il tarixində ictimaiyyətə elan edilmiş “2022-2026 Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı” əsas götürülərək həyata keçirilir. Bununla yanaşı, 2024/2025-ci tədris ilində "Times Higher Education", “QS World University Rankings” və “Academic Rankıng of World Universities (Shanghai)” reytinq sistemlərində yalnız "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat və magistratura proqramlarına qəbul almış şəxslər “2022-2026 Dövlət Proqramı”na müraciət edə bilərlər.


Yuxarıdakı məlumatlarla bağlı olunan çoxsaylı müraciətləri nəzərə alaraq, bildirmək istərdik ki, “2022-2026 Dövlət Proqramı”na müraciət edən zaman “universitetlər üzrə top10”-nun yer aldığı qüvvədə olan reytinq cədvəllərinə istinad edilməlidir.

 

 

Qalereya