• 24.03.2024
  • 191
Tələbələrin Novruz Bayramı tədbiri

20 mart tarixində "2022-2026 Dövlət Proqramı" çərçivəsində "İmperial College London" ali təhsil müəssisəsində təhsil alan Samir Rzayev və “London School of Economics” ali təhsil müəssisəsində təhsil alan Aydan Abbasquliyeva tərəfindən qeyd edilən ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə Novruz tədbiri təşkil edilib.

Tədbir çərçivəsində Hindistan, Amerika Birləşmiş Ştatları, İtaliya, Pakistan, Çin, Almaniya, Kolumbiya və Meksika kimi müxtəlif ölkələrdən olan xarici tələbələr Novruz adət-ənənələri, qədim dəyərlərimiz və mədəniyyətimiz ilə tanış olublar. Tədbirdə yumurta döyüşü, ölkəmizlə bağlı intellektual suallardan ibarət "quiz" kimi əyləncəli oyunlar da təşkil edilib, qaliblərə Azərbaycanla bağlı hədiyyələr təqdim edilib. Görüntülərə keçiddən baxa bilərsiniz.