• 29.02.2024
  • 649
BMU tələbələrinin layihələrindən ibarət sərgi-təqdimat keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “Mühəndis hazırlığında nəzəri biliklərlə yanaşı praktiki bacarıqların rolu” mövzusunda sərgi-təqdimat keçirilib.
 

Universitetin Avtomatika, telekommunikasiya və energetika kafedrasının 5 illiyinə həsr olunmuş tədbirdə professor-müəllim heyəti və tələbələr, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
 

Sərgi iştirakçıları “Arduino ilə işıq detektorlu günəş paneli”, “Simsiz enerji ötürülməsi”, “Arduino ilə insan izləyən robot”, “Arduino ilə zibil qutusunun idarə edilməsi”, “Piano dizaynı”, “Ev heyvanlarını bəsləmək üçün Wi-Fi cihazı” nümayiş etdirilib. Həmçinin sərgi çərçivəsində qonaqlar “Barmaq izinə əsaslanan biometrik davamiyyət sistemi”, “Xətt izləyən robot”, “Su səviyyəsinin göstəricisi”, “RED ağıllı plant”, “Elektrik enerjisinin kəsilməsi zamanı internetin fasiləsizliyi üçün modemi ekstra güc qaynağı ilə təmin edən qurğu”, “Təkmilləşdirilmiş idarəetmə qurğusunun hazırlanması” kimi maraqlı layihələrlə tanış olublar.
Daha ətraflı məlumat keçiddən əldə oluna bilər.















 

 

Qalereya