• 26.02.2024
  • 978
"2022-2026 Dövlət Proqramı" tələbəsinin nailiyyəti

"2022-2026 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı “University of Oxford” ali təhsil müəssisəsində “Dövlət idarəetməsi” ixtisas istiqaməti üzrə magistr təhsili alan Ləman Əhmədova “UK Cyber 9/12 Strategy Challenge 2024” yarışmasının Virtual mərhələsinin qalibi olub.

Qeyd edək ki, 21 fevral tarixində baş tutan yarışmada Ləman Əhmədova təhsil aldığı universitetdən olan tələbə yoldaşları ilə birgə "Team Resilience" komandası adı altında iştirak edib.

Yarışma haqqında ətraflı məlumat keçiddən əldə oluna bilər.

Qalereya