Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində icra edilən beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində professor-müəllim heyəti üçün Koreya Respublikasında elektronika mühəndisliyi sahəsi üzrə təlim təşkil olunacaq.
Koreya Repsublakasının İnçon şəhərində 8 iyul-16 avqust 2024-cü il tarixlərində keçiriləcək təlimlərdə müvafiq meyarlara əsasən seçilən 10 nəfərin iştirakı nəzərdə tutulur. Sözügedən təlimlərə BMU ilə yanaşı, Azərbaycanın digər ali təhsil müəssisələrində çalışan professor-müəllim heyəti də qoşula bilər.
Qeyd edək ki, təlimlər BMU-İNHA İDP çərçivəsində professor-müəllim heyəti üçün xüsusi təhsil proqramı ilə yanaşı, İNHA Universitetinin təhsil təcrübəsi və təcrübəli professor-müəllim heyətinin bilik və bacarığını təlim iştirakçılarına çatdıraraq beynəlxalq layihənin uğurlu icrasını təmin etmək məqsədi daşıyır.
Təlimlərlə bağlı ətraflı məlumat linkə daxil olaraq əldə edilə bilər.