2024/2025-ci tədris ili üzrə “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsilinin təşviq edilməsi məqsədilə regionlarda təhsil alan məktəbli və tələbələrlə görüşlər keçirilərək proqram haqqında ətraflı məlumat verilir.
Növbəti görüş 22.12.2023-cü il tarixində Şəki şəhəri N. Gəncəvi adına 7 nömrəli tam orta məktəbdə baş tutmuşdur. Görüşdə gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində bakalavriat səviyyəsində təhsilalma imkanları, proqrama qəbul şərtləri barədə ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.