• 18.12.2023
  • 726
"2019-2023 Dövlət Proqramı" iştirakçısının çıxışı

"2019-2023 Dövlət Proqramı" çərçivəsində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının "Middlesex University" ali təhsil müəssisəsində "Humanitar və sosial" ixtisas istiqaməti üzrə doktorantura səviyyəsində təhsil alan Tofiq Şəhniyarov təhsil aldığı ali təhsil müəssisəsində hibrid formada təşkil olunan 2 tam günlük "PhD" (doktorantura) seminarında çıxış etmişdir. Onun çıxışı “Ermənistan və Azərbaycan arasında İkinci Qarabağ müharibəsi kontekstində hibrid müharibə” mövzusunda olmuşdur.

Qalereya