2024/2025-ci tədris ili üzrə “2022-2026 Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsilinin təşviq edilməsi məqsədilə regionlarda təhsil alan məktəbli və tələbələrlə görüşlər keçirilərək proqram haqqında ətraflı məlumat verilir.
Növbəti görüş 15.12.2023-cü il tarixində Gəncə şəhəri Azərbaycan Texnologiya Universitetində, daha sonra isə Qazax rayonu Qazax Müəllimlər Seminariyasında baş tutmuşdur. Görüşdə gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları, proqrama qəbul şərtləri barədə ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.